Qarabağ atları Almaniyada — reportaj
16. августа 2016 1 Автор Asif MasimovHazırda Almaniyanın Frankfurt şəhərində Verena Solian adlı xanımın rəhbərliyi ilə «Qarabağ atlarının dostları» klubu da fəaliyyət göstərir. Bu qadının təşəbbüsü ilə Almaniyada Qarabağ atların kataloqu dərc olunub.
Eyni zamanda qeyd etmək yerinə düşərdi ki, Verena Solian Almaniyanın Qinsxaym şəhərində “Qarbağ atlarının
dostları” klubunun sədri qismində Qarabağ atları cinsinin yetişdirməsi ilə məşğuldur. Solian Azərbaycanın Qarabağ atlarına təsadüfən rast gəldiyini qeyd edir və bildiri ki, “Mənim o biri atım olmüşdür və mən yenisini axtarırdım. Bir elan qəzetində rus
atına rast gəldim və bu məndə maraq oyatdı”. Solian qeyd edir ki, beləliklə o bu atı əldə edib sonradan müəyyən etdi ki, bu rus deyil azərbaycan atıdır. 1994-cü ildən bəri xanım Solian yox olma təhlükəsi altında olan Qarabağ atlarını qorumaq qərarına gəlib. “Mənim əsas məqsədim bu möhtəşəm cinsi yetişdirməklə qoruyub saxlamaq olub”.Verenanın sözlərinə görə Qarabağ atlarının qorxu instinkti demək olar ki, yoxdur. Verena Solian bu halı atlarda olmasını Qarabağ cinsinin dağlarda yaşaması ilə əlaqələndirir və qeyd edir ki, atlar təhlükə hiss edəndə sakit durub qalırlar. Hal-hazırda Solianın 10 dənə Qarabağ cinsli atı var.
Teilen mit / Поделитесь
- Нажмите, чтобы открыть на Facebook (Открывается в новом окне)
- Нажмите, чтобы поделиться в Telegram (Открывается в новом окне)
- Нажмите, чтобы поделиться в WhatsApp (Открывается в новом окне)
- Нажмите, чтобы поделиться на Twitter (Открывается в новом окне)
- Нажмите, чтобы поделиться на Reddit (Открывается в новом окне)
- Нажмите, чтобы поделиться записями на Pocket (Открывается в новом окне)
- Послать ссылку другу по электронной почте (Открывается в новом окне)
- Нажмите для печати (Открывается в новом окне)
- Ещё
Больше на Masim💛vа
Subscribe to get the latest posts sent to your email.