2B- Kind uşaq xeyriyyə fondu haqqında

By Asif Masimov Фев21,2021
Print Friendly, PDF & Email

Tərkibi

Fond (təşkilat) haqqında

təqribən 1 il öncə yaranan ideyamızı reallaşdırıb həyata keçirməyimiz xəbərini sevinc hissi ilə sizlərlə bölüşürük.

Реклама

2B_Kind (ingiliscədən tərcümədə nəzakətli, almancadan tərcümədə uşaq olmaq anlamında) cəmiyyəti ölkəmizdə və dünyada yaşanan bir çox problemlərin təməlində yetərsiz təhsilin, yoxsulluqdan doğan savadsızlığın olduğunu görərək, bu problemlərin həllində bir qatqı məqsədi ilə yola çıxan və könüllü dostlarımızın yardımı ilə qurulmuş bir xeyriyyə cəmiyyətidir.

Məqsədimiz ehtiyaclı və xüsusən də təhsildən kənar qalan uşaqlara mümkün olan dəstək və yardımı göstərməkdir: həm maddi, həm mənəvi cəhətdən, və ən asası DAVAMLI olaraq! Bunu qeyri-rəsmi himayəçilik də adlandıra bilərik. Bu, uşaqların hər birinin problemleri ilə maraqlanmaq, onları necə aradan qaldıra biləcəyimizi araşdırmaq vəzifələrini öhdəmizə götürmək deməkdir.

Təhsil, hər bir çətinliyin həlli və firavan gələcəyin əsasıdır. Bu gün ehtiyaclı və yardım ediləcək uşaqlar, sabah əldə etdikləri təcrübələri digərləri ilə bölüşərək, özləri yardımsevər və ianəçi olacaqlar. Buna əminik!

Xeyriyyə cəmiyyətimizin əsası, 10 və 17 yanvar 2021-ci il tarixində baş tutan təsis yığıncaqlarında qoyulmuşdur. Almaniyada xeyriyyə cəmiyyətlərinin rəsmi reyestrində qeydiyyatdan keçmək üçün müraciət edilmişdir. Cəmiyyətin nizamnaməsi və üzvlük haqqında əsasnamə alman, azərbaycan və ingilis dillərində hazırlanmışdır və marağında olan hər bir şəxsə göndərilə bilər.

Siz də bizim fonda üzv olaraq və ya üzv olmadan ianəçi ola bilərsiniz. Bildirdiyimiz kimi, toplanan ianələr və üzvlük haqları, fondun təşkilati xərcləri çıxıldıqdan sonra, yalnız və yalnız fondun yuxarıda göstərilən məqsədləri üçün sərf ediləcəkdir.

Qeyd etdiyimiz kimi, bu yalnız maddi (məktəbli paltarı, çanta, ləvazimat, qida) deyil, həmçinin onlara gələcək təhsil istiqamətlərini müəyyənləşdirməkdə olunacaq mənəvi köməyi və onların həyatlarında mühüm rol oynayacaq, onlarda əzmkar iradə və ruh formalaşdıracaq psixoloji dəstəyi də nəzərdə tutur.

Birliyimiz istisnasız olaraq istənilən siyasi və etnik ideyalar xaricindədir. Tək qazancımız ətrafımıza yaşada biləcəyimiz, ən kiçik də belə olsa, faydadır.

Реклама

Hörmətlə,

2B-Kind İdarə Heyəti

Idarə heyəti haqqında məlumat

Əziz dostlar / Liebe Freunde / Dear friends,

sizi cəmiyyətimizin idarə heyəti ilə tanış edirik / wir stellen Euch den Vorstand unseres Vereins vor / we introduce you the board of our organisation:

Elvin Jabrayil (Sədr / Vorsitzender / Chair — hüquqşünas / Jurist / Lawyer, Germany)

Dr. Aytan Musayeva (Sədr / Vorsitzende / Chair — Həkim / Ärztin / Doctor, USA)

— Kamran Hajili (Sədr müavini / Stellvertretender Vorsitzender / Deputy chair — Tibb tələbəsi və doktorant / Medizinstudent und Doktorand / Medical and Doctoral Student, Germany)

— Dr. Naiba Allahverdiyeva (Sədr müavini / stellvertretende Vorsitzende / deputy chair — Sosial-İqtisadiyyat üzrə elmi işçi və məsləhətçi / Wissenschaftlerin und Beraterin für Sozio-Ökonomie / Researcher and Consultant for Socio-Economics, Germany)

— Zulfiyya Abdurahimova-Carberry (Schatzmeisterin / Xəzinadar / Treasurer -A.M. & Promovierende / A.M. & Ph.D. candidate / MA & Doktorand, USA/Germany)

— Nigar van Berkel (Katibə / Schriftführerin / clerk — Həkim / Ärztin / Doctor, Germany)

Mirza Mutallimov (Məşvərətçi / Beisitzer/ Assessor- Həkim / Arzt / Doctor, Germany)

Gulasar Fullriede (Məşvərətçi / Beisitzerin/ Assessor — İqtisadçı / Volkswirtin / Economist, Germany)

2B-Kind — Team

Təsisçilər (Gründungsmitglieder) haqqında məlumat

Əziz dostlar / Liebe Freunde / Dear friends,

sizi cəmiyyətimizin həmtəsisçiləri ilə tanış edirik / wir stellen Euch die Mitgründer unseres Vereins vor / we introduce you the founding members of our organisation:

Dr. Natig Gassanov (Həkim / Arzt / Doctor, Germany)

Shahla Rasulzade (Elmi tədqiqatçı / Wissenschaftliche Mitarbeiterin / Scientific researcher, Germany)

Jeyhun Veliyev (həmtəsisçi / Mitgründer / founding member, Germany)

Aygun Guliyeva (Həkim / Ärztin / Doctor, Germany)

Dr. Polad Poladli (Mühəndis / Ingenieur / Engineer, Germany)

Banovsha Abbasova (Məhsulun qiymətləndirilməsi üzrə mütəxəssis / Spezialistin für Preisermittlung / Pricing Specialist, Germany)

Dr. Agshin Umudov (Politoloq / Politikwissenschaftler / Political scientist, Germany)

Mehriban Valiyeva (İxrac meneceri/ Export Manager, Germany)

Javid Bayramli (Sahibkar / Geschäftsmann / Businessman, Azerbaijan/USA)

Eltaj Alisoy (həmtəsisçi / Mitgründer / founding member, Germany)

2B-Kind — Team

Реклама

Əziz dostlar / Liebe Freunde / Dear friends,

cəmiyyətimizin rəsmi bank hesabını nəzərinizə çatdıraraq, ianə qəbulunu rəsmi olaraq açıq elan edirik. Qeyd edək ki, edilən ianələri sonradan vergi bəyannaməsində vergi faizini azaldan xərclər kimi göstərə bilərsiniz. /

wir machen Sie auf das offizielle Bankkonto unseres Vereins aufmerksam und geben den Beginn der offiziellen Spendenannahme bekannt. Wir möchten Sie darauf hinweisen, dass Sie Ihre Spenden später von der Steuer absetzen können. /

we draw your attention to the official bank account of our organisation and officially announce the start of the acceptance of donations. Please take into account, that your donations are tax-deductible.

————————————-

/ Öncədən yardımınız üçün təşəkkür edirik!

/ Wir bedanken uns bei Ihnen im voraus für Ihre Spenden!

/ We thank you in advance for your donations!

İanə et

Bank hesabının sahibi: Kindeslächeln Berlin-Baku (2B-Kind)

IBAN: DE05 3825 0110 0001 6943 22

Verwendungszweck: Spende

Реклама

Оставить комментарий