Erməni təcavüzünə qarşı mitinq

By Asif Masimov Апр 7, 2016
Print Friendly, PDF & Email

2 aprel 2016-cı il tarixində cəbhəyanı ərazilərdə sıx məskunlaşan mülki əhali hədəfə alınaraq, Ermənistan tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin qoşunların təmas xətti boyunca mövqeləri ağır silahlardan intensiv atəşə məruz qalıb. Erməni Silahlı Qüvvələrinin artilleriya hücumları nəticəsində bir neçə mülki şəxs həlak olub və ciddi yaralanıb. Cəbhə xəttində gərginliyin artmasına görə Ermənistanın çarəsizcəsinə Azərbaycanı günahlandırmaq cəhdləri onun öz vətəndaşlarını və geniş beynəlxalq ictimaiyyəti aldatmasına xidmət edir. Azərbaycan beynəlxalq ictimaiyyətin diqqətinə dəfələrlə çatdırıb ki, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğu gərginliyin artmasına və davam etməsinə əsas səbəb olaraq qalır və regionda sülh və sabitliyə təhlükə yaratmaqda davam edir.
BMT Təhlükəsizlik Şurasının 822(1993), 853(1993), 874(1993) və 884(1993) 4 qətnaməsi Dağlıq-Qarabağ regionunun Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bir daha təsdiq edib. Sözügedən qətnamələrdə, Azərbaycana qarşı gücdən istifadə və onun ərazilərinin işğal edilməsi pislənilib və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı bir daha təsdiq edilib.
Dağlıq Qarabağ və ətraf 7 rayonun Ermənistan tərəfindən zorakı işğalı 30.000- dən çox insanın zərər çəkməsi və 1 milyondan çox Azərbaycanlının öz dogma yurdundan didərgin düşməsi ilə nəticələnmşdir. Təkcə onu qeyd etmək kifayətdir ki, Xocalıda Azərbaycanlılara qarşı törədilən soyqırım nəticəsində 613 dinc mülki əhali amansızcasına qətlə yetirilmişdir. Təəssüflər olsun ki, indiyə kimi, Azərbaycan torpaqlarının 20%-i Erməmistanın işğalı altında qalmaqda davam edir.
Ermənistanın təcavüzü mülki əhalini təhdiddə saxlamaqla bir daha regionda sülh və sabitliyə təhlükə yaratmaqda davam edir və beynəlxalq ictaimiyyət tərəfindən kəskin və birmənalı şəkildə qınanılmanı zəruri edir.
Erməni prezidenti Serzh Sargsyan 6 Aprel, Çərşənbə günü Berlinə rəsmi səfər edərək Alman kansleri Angela Merkellə görüş keçirməsi gözlənilir. Biz Xanım Merkeli Erməni təcavüzünü birmənalı şəkildə qınamağa çağırırıq. Bu səbəbdən də, 6 Aprel saat 12-də Willy-Brandt-Straße 1, 10557 Berlin ünvanında Federal Kansler qarşısında toplaşaraq öz haqq səsimizi çatdırmağa hamınızı səsləyirik! Xahiş edirik bu mitinqə qoşularaq, bizə dəstəyinizi göstərəsiniz!
#endKarabakhoccupation

Реклама
Реклама

Оставить комментарий