Almaniyada doğulan Azərbaycan vətəndaşlarının ümumvətəndaş pasportun rəsmiləşdirilməsi
11. сентября 2017 0 Автор Asif Masimov
Aufrufe / Просмотров 8 320
1 Sentyabr 2013-cü il tarixində qəbul olunmuş qaydalara əsasən 18 yaşınadək vətəndaşlara da digər ölkələrə getmək üçün ayrıca ümumvətəndaş pasportu verilir.
Реклама
Almaniya ərazisində Azərbaycan Respublikası vətəndaşlarının dünyaya gələn, o cümlədən 18 yaşına çatmayan və müvafiq alman dövlət qurumu tərəfindən doğum şəhadətnaməsi alan uşaqlar Azərbaycan ümumvətəndaş pasportun rəsmiləşdirilməsilə bağlı aşağıda qeyd olunan qaydaları nəzərə almalıdırlar:
- Alman müvafiq dövlət qurumu tərəfindən verilən doğum şahadətnaməsinin 18 yaşına çatmayan Azərbaycan vətəndaşları şəxsiyyət vəsiqələri olmadığına görə, ümumvətəndaş pasportu yalnız Azərbaycanda müvafiq qurumda rəsmiləşdirə bilərlər.
- Azərbaycana getməmişdən qabaq, uşağın doğum şəhadətnaməsinin üzərində möhür və icraçı şəxsin imzası sənədi verilən şəhərin icra orqanı (Bezirk-, Landesamt, Rathaus və s.) tərəfindən təstinqlənməlidir. Almanlar buna “Vorbeglaubigung der Unterschrift” deyirlər.
- Sənəd təstiqlənəndən sonra Azərbaycanın AFR-dəki Səfirliyin konsulluq tərəfindən leqallaşmalıdır. Alman sənədlərin səfirliyimizin konsulluğunda leqallaşması haqqında burda ətraflı oxuya bilərsiniz: http://berlin.mfa.gov.az/content/40
Sənəd leqallaşdıqdan sonra uşağın Azərbaycana getmək üçün onun səyahət sənədin olmaması aşkar olunur. Belə olan halda nə etmək lazımdır?
- Azərbaycanın AFR-dəki Səfirliyinin Konsulluq bölməsinə qayıdış şəhadətnaməsi (ona eyni zamanda “Ağ kağızda” deyirlər) üçün müraciət etmək. Diqqətinizə çatıdrmaq istərdim ki, qayıdış şəhadətnaməsi yalnız Azərbaycan Respublikasının ərazisinə daxil olmaq üçün və 30 gün ərzində etibarlıdır. Qayıdış şahadətnaməsinin rəsmiləşdirilməsilə bağlı daha ətraflı burda tanış ola bilərsiniz: http://berlin.mfa.gov.az/content/44
- İkinci variant isə Almaniyanın xarici vətəndaşlar üzrə idarədən Ausländerbehörde) müvəqqəti “boz” alman pasportun (Ona almanalar “vorläufiger Reisepass“, yada „Passersatz” deyirlər) alınması üçün müraciət etməkdir. Passersatzla Azərbcaycana getdiyiniz zaman siz viza almalısınız. Nəzərə alın ki, Azərbaycan ərazisini tərk edərkən pasportun etibarlıq müddəti ən azı 3 ay olmalıdır.
- Passersatz almaq üçün siz Azərbaycanın AFR-dəki Səfirliyin konsulluğundan sizin şəxsiyyət vəsiqəniz olmadığına və o səbəbdən uşağınız üçün ümumvətəndaş pasportun birbaşa Azərbaycanda ala biləcəyinizə dair arayış almalısınız.
16 yaşına çatmamış vətəndaşlara şəxsiyyət vəsiqəsinin verilməsi üçün qanuni nümayəndəsi tərəfindəndə müraciət təqdim oluna bilər. Bunun üçün aşağıda qeyd olunan sənədlər ASAN xidmətdə təqdim olunmalıdır:
- Ərizə-anket (Ərizə-anket formasının səhifələri eyni vərəqin hər iki tərəfində çap olunmalıdır);
- Doğum haqqında şəhadətnamə (Almaniyada verilən doğum şahadətnaməsi konsulluqda leqallaşmalıdır);
- Qan qrupu haqqında tibbi arayış və ya Elektron Sağlamlıq Kartı;
- Yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd);
- Qanuni nümayəndənin hüquqlarını təsdiq edən sənəd (Etibarnamə).
- Səyahətdən qabaq nəyə diqqət yetirməyiniz vacibdir?
- Valideynin birinin və uşağı ilə getdikdə, o biri valideyni uşağın həmin şəxslə səyahət etmək üçün etibarnamə və uşağın ümumvətəndaş pasportun rəsmiləşdirərkən etiraz etməməsinə dair ərizə yazmalıdır. Yuxarıda qeyd olunan ərizələr bir sənəd şəkilində hazırlanaraq konsulluqda təstiqlənməlidir. Sənədlər poçtla göndərildiyi zaman sənədin üzərindəki imza Almaniyada notar tərəfindən təstiqlənməlidir.
- Azərbaycanda uşaq sənədləri rəsmiləşdirmədən öncə yaşayış qeydiyyatına alınmalıdır. Qeydiyyat üçün ev olmadığı halda, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti və ya Bakı Baş Polis İdarəsi bu məsələni həll edir.
- Uşağın Almaniyada daimi oturumu olmasına dair müvafiq sənədin təstiqi və onun azərbaycan dilinə tərcüməsi olmalıdır.
- Bundan sonra uşaq birinci şəxsiyyət vəsiqəsi, sonradan ümumvətəndaş pasportu üçün müraciət edə bilər.
Реклама
Самые удивительные новогодние ёлки мира
ТОП-17 красивейших замков Европы
Рынки Брюсселя: лучшие места для вкусной еды в городе
Европейские рождественские ярмарки 2024: Путеводитель по самым сказочным событиям зимы
Топ-10 блюд уличной кухни в Брюсселе, которые вам обязательно нужно попробовать
Эмми Нётер — женщина, влюбленная в математику
Teilen mit / Поделитесь
- Нажмите, чтобы открыть на Facebook (Открывается в новом окне)
- Нажмите, чтобы поделиться в Telegram (Открывается в новом окне)
- Нажмите, чтобы поделиться в WhatsApp (Открывается в новом окне)
- Нажмите, чтобы поделиться на Twitter (Открывается в новом окне)
- Нажмите, чтобы поделиться на Reddit (Открывается в новом окне)
- Нажмите, чтобы поделиться записями на Pocket (Открывается в новом окне)
- Послать ссылку другу по электронной почте (Открывается в новом окне)
- Нажмите для печати (Открывается в новом окне)
- Ещё
Больше на Masim💛vа
Subscribe to get the latest posts sent to your email.
Похожие записи:
Реклама