Şengen vizası aldıqdan sonra nəyə diqqət yetirmək lazımdır?

By Asif Masimov Сен 12, 2017
Print Friendly, PDF & Email

Bu yazıda Azərbaycan vətəndaşlarının Şengen razılaşması ölkələrinə viza alarkən tez-tez etdiyi səhvlər haqqında məlumat vermək istərdim. Bir çox vətəndaşlarımız bilərəkdən, yada bilmədən Şengen razılaşmasının qaydalarını pozurlar. Beləki, Şengen razılaşmasına əsasən əgər siz yalnız bir Şengen ölkəsinə gedirsinizsə, onda yalnız həmin ölkənin səfirliyinə müraciət etməlisiniz.  Şengen zonasının müxtəlif ölkələrinə səyahət etməyi nəzərdə tutursunuzsa, onda birinci daxil olacaq ölkənin  səfirliyinə müraciət etməlisiniz. Əgər siz bir neçə Şengen ölkələrinə getməyi nəzərdə tutursunuzsa və onlardan heç biri sizin əsas istiqamətiniz deyilsə, belə olan haldada birinci daxil olacağınız ölkənin səfirliyinə müraciət etməlisiniz.

Реклама

Aşağıda sizə misal göstərəcəm:

  1. Misal üçün, siz yalnız Almaniyaya səyahət etmək istəyirsiniz. Belə olan halda siz Almnaniyada sizin səyahətiniz üçün zəruri sənədləri hazırlayaraq AFR-in Azərbaycandaki Səfirliyinə müraciət etməlisiniz. Ondan sonra sizin gələ biləcəyiniz istənilən alman hava limanı ola bilər.
  2. Tutalım, siz Çexiyaya ordanda Almaniyaya getmək istəyirsiniz. Belə olan halda siz vizanı yalnız Çexiya səfirliyinə müraciət edib almalı və ilk daxil olacağınız ölkədə Çexiya olmalıdır. Bundan sonra siz Almaniyayada gedə bilərsiniz.

Bir çox vətəndaşlarımız müəyyən səbəblərdən vizanı tez-bazar alır, tutalım, İtalita, İspaniya və s. səfirlikdə, sonradan bilet və otel rezervasiyalarını ləğv edərək yenidən istənilən Şengen müqaviləsini imzalamış ölkə üçün otel və təyyarə bileti sifariş edirlər. Belə olan halda vətəndaşlarımız qanunu pozur və sərhədi keçərkən problem yaşayırlar. Bir çox hallarda səyahətçilər birbaşa öz ölklərinə geri göndərilirlər. 

Реклама

Оставить комментарий