
Asif Masimov

SAMΔ°R HASANOV
Γox tΙΙssΓΌf hissi ilΙ qeyd
etmΙliyik ki, XocalΔ± soyqΔ±rΔ±mΔ±nΔ± bizim bir Γ§ox rΙsmi vΙ qeyri-rΙsmi qurumlar
mΙhz yanvar-fevral aylarΔ±nda xatΔ±rlayΔ±rlar. Bu faciΙnin ΓΆlkΙ xaricindΙ anma
mΙrasimi hΙr il olduΔu kimi standart formada qalmaqda davam edir. Bir qayda
olaraq bΓΆyΓΌk ΕΙhΙrlΙrdΙ nΓΌmayiΕlΙr keΓ§irilir, tΓΌrk diaspor tΙΕkilatlarΔ± ilΙ
birlikdΙ tΙdbirlΙr tΙΕkil olunur vΙ sosial ΕΙbΙkΙlΙrdΙ bununla baΔlΔ±
materiallar paylaΕΔ±lΔ±r. BelΙliklΙ belΙ zΙnn edirik ki, XocalΔ± hΙqiqΙtlΙrini
yaΕadΔ±ΔΔ±mΔ±z Γ§evrΙdΙ lazΔ±mi ΕΙkildΙ tanΔ±da bilirik. Ζfsuslar olsun ki, bu belΙ
deyil vΙ biz hΙr il ΓΆzΓΌmΓΌzΓΌ aldatmΔ±Ε oluruq. Bunun real sΙbΙblΙri Almaniyada
tΙhsil almΔ±Ε birilΙri kimi bizlΙrΙ Γ§ox yaxΕΔ± aydΔ±ndΔ±r. XocalΔ± soyqΔ±rΔ±mΔ±
istiqamΙtindΙ nΙticΙ ΙldΙ etmΙk üçün aΕaΔΔ±da qeyd etdiyimiz mΙsΙlΙlΙrΙ diqqΙt
ayrΔ±lmalmasΔ±nΔ± xahiΕ edirik:
1. XocalΔ± facisΙsinΙ yaΕadΔ±ΔΔ±mΔ±z ΓΆlkΙlΙrdΙ hΓΌquqi qiymΙtin verilmΙsi
a. XocalΔ±ya AzΙrbaycanda hΓΌquqi qiymΙt verilmΙlidir;
b. XocalΔ± faciΙsindΙ Ιli olanlara qarΕΔ± aΓ§Δ±lmiΕ cinayΙt iΕi fΙal davam etdirilmΙlidir;
c. MΙsΙlΙ yuxarΔ± instansiya mΙhkΙmΙlΙrinΙ Γ§Δ±xarΔ±lmalΔ±dΔ±r;
d. HΓΌquqi sΙviyyΙdΙ ΙcnΙbi araΕdΔ±rmacΔ±lar tΙrΙfindΙn fΙrqli metodik yanaΕma vΙ nΙzΙriyyΙ ΙsasΔ±nda XocalΔ± faciΙsi araΕdΔ±rΔ±lmalΔ±, terminlΙrΙ aydΔ±nlΔ±q gΙtirilmΙli (AvropanΔ±n akademik dairΙlΙrindΙ XocalΔ± faciΙsi βqΙtliamβ kimi qeud olunur) vΙ kitablar nΙΕr olunmalΔ±dΔ±r.
2. XocalΔ± faciΙsinΙ elmi vΙ siyasi qiymΙtin verilmΙsi
Siyasi qiymΙt verilmΙdΙn ΓΆncΙ XocalΔ± faciΙsi akademik dairΙlΙrdΙ araΕdΔ±rΔ±lmalΔ±dΔ±r. BelΙ ki, Avropa Birliyi parlamentindΙ hΙr hansΔ± bir qatnamΙ mΓΌzakirΙ etdildikdΙ, akademik dairΙlΙrdΙn mΙsΙlΙ ilΙ baΔlΔ± eksperlΙtlΙr dΙvΙt olunur vΙ onlarΔ±n fikri ΓΆyrΙnilir.
- FΙrqli akademik dairΙlΙrdΙ araΕdΔ±rmanΔ±n aparΔ±lmasΔ±:
- SiyasΙt
- Etnologiya
- Tarix
- Δ°qtisadiyyat
- 1Antropologiya vΙ digΙr sΙviyyΙlΙrdΙ araΕdΔ±rmalarΔ±n aparΔ±lmasΔ±. TΙlΙbΙlΙr arasΔ±nda araΕdΔ±rma qruplarΔ±nΔ±n yaradΔ±lmasΔ±, AzΙrbaycanda soyqΔ±rΔ±mla baΔlΔ± yay vΙ qΔ±Ε mΙktΙblΙrinin, konfrans vΙ simpoziumlarΔ±n tΙΕkili.
β YuxarΔ±da qeyd olunan tΙdbirlΙr keΓ§irildikdΙn sonra gΙnc ΙcnΙbi araΕdΔ±rmaΓ§Δ±larΔ±n arasΔ±nda eyni zamanda bakalavr, master, doktor iΕlΙrinin bu mΓΆvzuda seΓ§mΙlΙri üçün motivasiya yaranacaq;
- 2 ΖcnΙbi tΙlΙbΙlΙr arasΔ±nda mΓΌsabiqΙlΙr tΙΕkil edilmΙlidir
3. Δ°ctimai qiymΙtin verilmΙsi
- MΙsΙlΙyΙ hΓΌquqi qiymΙt verildikdΙn sonra araΕdΔ±rmaΓ§Δ±lar fΙaliyyΙtΙ baΕlayacaq;
- FΙrqli elmi istiqamΙtlΙrdΙ kifayΙt qΙdΙr araΕdΔ±rmalar aparΔ±ldΔ±qdan sonra mΙsΙlΙni lobbiΓ§ilΙrin vasitΙsilΙ siyasi gΓΌndΙmΙ gΙtirmΙk daha asan olacaq;
- Siyasi gΓΌndΙmΙ gΙldikdΙn sonra mΙtbuat mΙsΙlΙyΙ diqqΙt ayΔ±racaq vΙ bu haqda yazΔ±lΔ± mΙlumatlar yerlΙΕdirilΙcΙk;
- Bu artΔ±q istΙr akademik, istΙrsΙ dΙ publisistik sΙviyyΙdΙ yerli Ιhalinin mΙlumatlΔ± olmasΔ± demΙk olacaq;
- Siyasi qiymΙt verildikdΙn sonra isΙ Ιhalinin fΙrqli tΙbΙqΙlΙri XocalΔ± faciΙsini neytral qΙbul edΙcΙk vΙ bizim tΙrΙfdΙn aparΔ±lan istΙnilΙn iΕlΙri normal qarΕΔ±layacaq;
- BΓΌtΓΌn bu vΙzifΙlΙri hΙyata keΓ§irdikdΙn sonra isΙ artΔ±q XocalΔ± ilΙ baΔlΔ± numayiΕlΙr, yΓΌrΓΌΕlΙr vΙ piketlΙr keΓ§irmΙk olar. Ζks halda vΙ indiki dΓΆnΙmdΙ bizlΙr nΓΌmayiΕ keΓ§irdikdΙ xaricin ictimai-siyasi dairΙlΙri bunu bizim tΙbliΔat xarakterli etdiyimizi zΙnn edirlΙr vΙ hΙtta iradlarΔ±nΔ± bildirirlΙr. BaΕqa sΓΆzlΙ bizim bu gΓΌn tΙΕkil etdiyimiz istΙnilΙn aksiya bizim ΓΆzΓΌmΓΌzΙ qarΕΔ± yΓΆnΙldilib.
TΙbii deyΙ bilΙrsiniz ki, XocalΔ± ilΙ baΔlΔ± ΙcnΙbi dildΙ bir neΓ§Ι kitablar dΙrc olunub. Ancaq unutmayaq ki, bu kitablarΔ±n sayΔ± Γ§ox azdΔ±r. Bu kitablar adΙtΙn soyqΔ±rΔ±m vΙ mΓΌnaqiΕΙ araΕdΔ±rmasΔ±nda kifayΙt qΙdΙr tanΔ±nmayan tΙdqiqatΓ§Δ±lar tΙrΙfindΙn hΙyata keΓ§irilir. ΖslindΙ gΓΆrΓΌlΙn iΕlΙri tΙqdirΙ layiq saymaq olardΔ±, lakin kitablarΔ± yazanlarΔ±n ΙksΙriyyati bu istiqamΙtdΙ araΕdΔ±rma aparmΔ±r.
Biz illΙrdir istifadΙ edilΙn qΔ±samΓΌddΙtli dΓΌΕΓΌncΙ metodlarΔ±ndan imtina
etmΙli vΙ uzunmΓΌddΙtli ΓΌsullarla iΕlΙmΙliyik. XocalΔ± faciΙsi ilΙ baΔlΔ±
nΓΌmayiΕlΙrin tΙΕkilinΙ orta hesabla 2-3 hΙftΙ kifayΙt edir. MΓΌΙyyΙm kΓΌtlΙni bir
araya gΙtirib, ΕΙkillΙr Γ§ΙkdikdΙn sonra ΙsasΙn AzΙrbaycan dilli mΙtbuatda
xΙbΙrlΙr yerlΙΕdirilir, Ιn yaxΕΔ± halda yerli parlamentΙ bir petisiya da
ΓΌnvanlanΔ±lΔ±r. VΙssalam! Bunula da biz XocalΔ± faciΙsinin niyΙ vΙ hansΔ± sΙbΙbdΙn
Avropa ΓΆlkΙlΙrindΙ tanΔ±nmamasΔ±ndan gileylΙnirik. Biz bu gΓΌn XocalΔ±nΔ±n 30, 50 vΙ
100 illiyi üçün daha praqmatik addΔ±mlar atmalΔ±yΔ±q. ΓzΓΌmΓΌzΓΌ aldadacaq
tΙdbirlΙrdΙn Ιl Γ§ΙkmΙliyik. YuxarΔ±da sadaladΔ±ΔΔ±mΔ±z tΙdbirlΙri bugΓΌn belΙ
baΕlamaΔ gec deyil. AvropanΔ±n mΙrkΙzi meydanlarΔ±nda minlΙrlΙ azΙrbaycanlΔ± vΙ
ΙcnΙbilΙrin toplanmasΔ± vΙ ΙdalΙtin tΙlΙb olunmasΔ± XocalΔ±ya ilk ΓΆncΙ hΓΌquqi,
siyasi vΙ elmi sΙviyyΙdΙ lazΔ±mΔ± qiymΙtin verilmΙsindΙn asΔ±lΔ±dΔ±r.

ΠΠ°Π½Π½ΠΎΠ²Π΅Ρ: Π³Π»Π°Π²Π½ΡΠ΅ Π΄ΠΎΡΡΠΎΠΏΡΠΈΠΌΠ΅ΡΠ°ΡΠ΅Π»ΡΠ½ΠΎΡΡΠΈ, ΠΊΡΠ»ΡΡΡΡΠ½ΡΠ΅ ΡΠΎΠ±ΡΡΠΈΡ ΠΈ ΡΡΡΠΈΡΡΠΈΡΠ΅ΡΠΊΠΈΠ΅ ΠΌΠ΅ΡΡΠ° Π³ΠΎΡΠΎΠ΄Π°

Π’ΠΎΠΏ-10 ΡΠ΅ΡΡΠΈΠ²Π°Π»Π΅ΠΉ Π² ΠΠ΅ΡΠ»ΠΈΠ½Π΅ Π²Π΅ΡΠ½ΠΎΠΉ ΠΈ Π»Π΅ΡΠΎΠΌ 2025 Π³ΠΎΠ΄Π°: ΠΠ°ΡΠ½Π°Π²Π°Π», Lollapalooza, Musikfest ΠΈ Π΄ΡΡΠ³ΠΈΠ΅ ΡΠΎΠ±ΡΡΠΈΡ

ΠΠΊΠΎΠ½ΠΎΠΌΠΈΠΊΠ° ΠΈ ΡΠ΅Π»ΡΡΠΊΠΎΠ΅ Ρ ΠΎΠ·ΡΠΉΡΡΠ²ΠΎ ΠΠ°ΠΊΠΈΠ½ΡΠΊΠΎΠΉ Π³ΡΠ±Π΅ΡΠ½ΠΈΠΈ (1900): Π°ΡΡ ΠΈΠ²Π½ΡΠ΅ Π΄Π°Π½Π½ΡΠ΅ Π ΠΠΠ

Π‘Π°ΠΌΡΠ΅ ΡΠ΄ΠΈΠ²ΠΈΡΠ΅Π»ΡΠ½ΡΠ΅ Π½ΠΎΠ²ΠΎΠ³ΠΎΠ΄Π½ΠΈΠ΅ ΡΠ»ΠΊΠΈ ΠΌΠΈΡΠ°

Π’ΠΠ-17 ΠΊΡΠ°ΡΠΈΠ²Π΅ΠΉΡΠΈΡ Π·Π°ΠΌΠΊΠΎΠ² ΠΠ²ΡΠΎΠΏΡ

Π ΡΠ½ΠΊΠΈ ΠΡΡΡΡΠ΅Π»Ρ: Π»ΡΡΡΠΈΠ΅ ΠΌΠ΅ΡΡΠ° Π΄Π»Ρ Π²ΠΊΡΡΠ½ΠΎΠΉ Π΅Π΄Ρ Π² Π³ΠΎΡΠΎΠ΄Π΅
Teilen mit / ΠΠΎΠ΄Π΅Π»ΠΈΡΠ΅ΡΡ
- ΠΠ°ΠΆΠΌΠΈΡΠ΅, ΡΡΠΎΠ±Ρ ΠΎΡΠΊΡΡΡΡ Π½Π° Facebook (ΠΡΠΊΡΡΠ²Π°Π΅ΡΡΡ Π² Π½ΠΎΠ²ΠΎΠΌ ΠΎΠΊΠ½Π΅)
- ΠΠ°ΠΆΠΌΠΈΡΠ΅, ΡΡΠΎΠ±Ρ ΠΏΠΎΠ΄Π΅Π»ΠΈΡΡΡΡ Π² Telegram (ΠΡΠΊΡΡΠ²Π°Π΅ΡΡΡ Π² Π½ΠΎΠ²ΠΎΠΌ ΠΎΠΊΠ½Π΅)
- ΠΠ°ΠΆΠΌΠΈΡΠ΅, ΡΡΠΎΠ±Ρ ΠΏΠΎΠ΄Π΅Π»ΠΈΡΡΡΡ Π² WhatsApp (ΠΡΠΊΡΡΠ²Π°Π΅ΡΡΡ Π² Π½ΠΎΠ²ΠΎΠΌ ΠΎΠΊΠ½Π΅)
- ΠΠ°ΠΆΠΌΠΈΡΠ΅, ΡΡΠΎΠ±Ρ ΠΏΠΎΠ΄Π΅Π»ΠΈΡΡΡΡ Π½Π° Twitter (ΠΡΠΊΡΡΠ²Π°Π΅ΡΡΡ Π² Π½ΠΎΠ²ΠΎΠΌ ΠΎΠΊΠ½Π΅)
- ΠΠ°ΠΆΠΌΠΈΡΠ΅, ΡΡΠΎΠ±Ρ ΠΏΠΎΠ΄Π΅Π»ΠΈΡΡΡΡ Π½Π° Reddit (ΠΡΠΊΡΡΠ²Π°Π΅ΡΡΡ Π² Π½ΠΎΠ²ΠΎΠΌ ΠΎΠΊΠ½Π΅)
- ΠΠ°ΠΆΠΌΠΈΡΠ΅, ΡΡΠΎΠ±Ρ ΠΏΠΎΠ΄Π΅Π»ΠΈΡΡΡΡ Π·Π°ΠΏΠΈΡΡΠΌΠΈ Π½Π° Pocket (ΠΡΠΊΡΡΠ²Π°Π΅ΡΡΡ Π² Π½ΠΎΠ²ΠΎΠΌ ΠΎΠΊΠ½Π΅)
- ΠΠΎΡΠ»Π°ΡΡ ΡΡΡΠ»ΠΊΡ Π΄ΡΡΠ³Ρ ΠΏΠΎ ΡΠ»Π΅ΠΊΡΡΠΎΠ½Π½ΠΎΠΉ ΠΏΠΎΡΡΠ΅ (ΠΡΠΊΡΡΠ²Π°Π΅ΡΡΡ Π² Π½ΠΎΠ²ΠΎΠΌ ΠΎΠΊΠ½Π΅)
- ΠΠ°ΠΆΠΌΠΈΡΠ΅ Π΄Π»Ρ ΠΏΠ΅ΡΠ°ΡΠΈ (ΠΡΠΊΡΡΠ²Π°Π΅ΡΡΡ Π² Π½ΠΎΠ²ΠΎΠΌ ΠΎΠΊΠ½Π΅)
- ΠΡΡ
ΠΠΎΠ»ΡΡΠ΅ Π½Π° MasimπvΠ°
ΠΠΎΠ΄ΠΏΠΈΡΠΈΡΠ΅ΡΡ, ΡΡΠΎΠ±Ρ ΠΏΠΎΠ»ΡΡΠ°ΡΡ ΠΏΠΎΡΠ»Π΅Π΄Π½ΠΈΠ΅ Π·Π°ΠΏΠΈΡΠΈ ΠΏΠΎ ΡΠ»Π΅ΠΊΡΡΠΎΠ½Π½ΠΎΠΉ ΠΏΠΎΡΡΠ΅.