Moskvada keçirilən regional konfrans

Moskvada keçirilən regional konfrans

7. июня 2015 0 Автор Asif Masimov

Ziyaddin Aslan

Реклама

Mayın 26-29-u tarixlərində Moskvada Almaniya Parlamenti Təqaüdçülərinin regional konfransı keçirildi. Konfransın gündəmi keçmiş sovet ölkələri arasında olan münasibətlərə həsr olunmuşdu. Azərbaycan tərəfini Asif Məsimov, Zamin Azizov və mən təmsil edirdik. Rusiyadan olan təqaüdçülər tərəfindən təşkil edilən konfransda 10 ölkədən gəlmiş təqaüdçülər, o cümlədən Bundestaqın beynəlxalq layihələr üzrə şöbəsinin sədri Saskia Lenberqer, onun əməkdaşı Dolores Ştamer, RAN Analitik mərkəzinin sədri Dr. Utkin və Almaniyanın Rusiyadakı səfirliyinin əməkdaşları da iştirak edirdilər. İştirakçıları və yaradılmış şəraiti nəzərə alaraq çıxışımızı postsovet ölkələrində olan konfliktlərə, xüsusilə Qarabağ probleminə həsr etdik. 3 Hissədən ibarət çıxışımızda Ukrayna krizisi ilə Qarabağ konflikti arasında paralellər apardıq, ikili standartlara toxunduq. Təqdimatdan sonra gözlənildiyi kimi qarşı tərəfin (Qarabağla bağlı Almaniyada doktorluq işi yazmış Ermənistandan olan təmsilçi və digər iki təqaüdçü) sualları və ittihamları səsləndi. Təxminən yarım saat ərzində bütün konfrans iştirakçılarının şahidliyi ilə rəqiblərimizə xırda bir şans vermədən bir daha həm tarixi, həm iqtisadi, həm də hüquqi əsaslarla sözümüzü dedik. Konfransdan sonra bir çox iştirakçılar ayrı-ayrılıqda yaxınlaşaraq 3 gün ərzində izlədikləri ən maraqlı təqdimat və müzakirəyə görə təşəkkürlərini bildirdilər. Öz növbəmdə isə may ayının 28-i Moskvada baş tutan tədbirdə komanda şəklində etdiyimiz uğurlu çıxışımıza görə xüsusi təşəkkürümü Asif Masimova bildirirəm!


Больше на Masim💛vа

Subscribe to get the latest posts sent to your email.

Реклама