Berlində Cahangir bəy Kazımbəylinin xatirəsi anıldı

Berlində Cahangir bəy Kazımbəylinin xatirəsi anıldı

28. мая 2020 0 Автор F. Masimova

28 may 2020-ci il tairixində Almaniyada yaşayan bir qrup azərbaycanlılar Berlinin Şəhidlik Məscidinə baş cəkib, həm müstəqilliyimizin 102, həm də Gəncə üsyanını 100 illiyini yad etmək məqsədilə toplaşdılar. Gəncə üsyanının 3 rəhbərindən biri polkovnik Cahangir bəy Kazımbəylinin məzarı Berlinin Şəhidlik Məscidininin həyətində olan məzarlıqda yerləşir.

Реклама

O vaxtlar gərgin və çətin vəziyyətdə olan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay mövcud idi və 27 aprel 1920-ci ildə Qırmızı Ordu Sovet-Azərbaycan sərhəddini keçdi.

İlk baxışdan elə görünə bilər ki, sanki Azərbaycan tərəddüd etmədən Rusiyanın ilhaqına razı olub. 1920-ci il mayın 25-dən 26-na keçən gecə Gəncə əhalisinin geniş silahlı qiyamı baş verib. Gəncədə Sovet hakimiyyətinin süqut etdiyini elan etdilər və şəhəri azad etmək üçün hərbi əməliyyata başladılar. Lakin 1 iyun 1920-ci ildə qiyam vəhşicəsinə yatırıldı.

Cahangir bəy Kazımbəyli qiyamda mühüm rol oynadı. Müxtəlif ölkələrdəki mühacirətdən sonra Almaniyada yaşadı. 

Məzarı indi Berlindəki Şəhidlik məscidindədir. Demək olar ki, hər il Berlindəki Azərbaycan icması Cahangir bəy Kazımbəyovun məzarının ziyarət olunduğu anım tədbiri təşkil edir. Bu il də istisna deyildi.

Ünvan: Sehtilik Moschee, Columbiadamm 128, 10965 Berlin

İş saatı: Hər gün saat 9.00 — 20.00 kimi açıqdır. 

7AM 0672 7AM 0672
Şəhidlik məscidi
Реклама
7AM 0680 7AM 0680
Qəbirstanlığın həyəti

Nargin adasında saxlanılan türk əsirləri

1915-ci ildən 1940-cı ilədək əvvəlcə Çar Rusiyası, sonra da SSRİ hakimiyyəti Böyük Zirə adasında on minlərlə Qafqaz cəbhəsindən əsir götürülən Osmanlı İmperiyası əsirlərinə və azərbaycanlılara qətlə yetirib. Ada Birinci dünya müharibəsinə qədər Çar Rusiyasının həbs düşərgəsi olmuşdu.1905-ci ildə burada həbs düşərgələri salınmışdı.

Больше на Masim💛vа

Subscribe to get the latest posts sent to your email.

Реклама

Реклама