28 may 2020-ci il tairixində Almaniyada yaşayan bir qrup azərbaycanlılar Berlinin Şəhidlik Məscidinə baş cəkib, həm müstəqilliyimizin 102, həm də Gəncə üsyanını 100 illiyini yad etmək məqsədilə toplaşdılar. Gəncə üsyanının 3 rəhbərindən biri polkovnik Cahangir bəy Kazımbəylinin məzarı Berlinin Şəhidlik Məscidininin həyətində olan məzarlıqda yerləşir.
O vaxtlar gərgin və çətin vəziyyətdə olan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay mövcud idi və 27 aprel 1920-ci ildə Qırmızı Ordu Sovet-Azərbaycan sərhəddini keçdi.
İlk baxışdan elə görünə bilər ki, sanki Azərbaycan tərəddüd etmədən Rusiyanın ilhaqına razı olub. 1920-ci il mayın 25-dən 26-na keçən gecə Gəncə əhalisinin geniş silahlı qiyamı baş verib. Gəncədə Sovet hakimiyyətinin süqut etdiyini elan etdilər və şəhəri azad etmək üçün hərbi əməliyyata başladılar. Lakin 1 iyun 1920-ci ildə qiyam vəhşicəsinə yatırıldı.
Cahangir bəy Kazımbəyli qiyamda mühüm rol oynadı. Müxtəlif ölkələrdəki mühacirətdən sonra Almaniyada yaşadı.
Məzarı indi Berlindəki Şəhidlik məscidindədir. Demək olar ki, hər il Berlindəki Azərbaycan icması Cahangir bəy Kazımbəyovun məzarının ziyarət olunduğu anım tədbiri təşkil edir. Bu il də istisna deyildi.
Ünvan: Sehtilik Moschee, Columbiadamm 128, 10965 Berlin
İş saatı: Hər gün saat 9.00 – 20.00 kimi açıqdır.
Dr. Qurban Ələkbərovla müsahibə







Nargin adasında saxlanılan türk əsirləri
Teilen mit / Поделитесь
- Klick, um auf Facebook zu teilen (Wird in neuem Fenster geöffnet)
- Klick, um über Twitter zu teilen (Wird in neuem Fenster geöffnet)
- Klicken, um auf Telegram zu teilen (Wird in neuem Fenster geöffnet)
- Klicken, um auf WhatsApp zu teilen (Wird in neuem Fenster geöffnet)
- Klick, um auf LinkedIn zu teilen (Wird in neuem Fenster geöffnet)
- Klick, um auf Pocket zu teilen (Wird in neuem Fenster geöffnet)
- Klick, um auf Reddit zu teilen (Wird in neuem Fenster geöffnet)
- Klicken zum Ausdrucken (Wird in neuem Fenster geöffnet)
Du musst angemeldet sein, um kommentieren zu können.