«Qarabağ»ın oyununda erməni təxribatı — Dron üzərincə erməni bayrağı

«Qarabağ»ın oyununda erməni təxribatı — Dron üzərincə erməni bayrağı

4. октября 2019 0 Автор F. Masimova

UEFA Avropa Liqasının qrup mərhələsində Lüksemburqda oynanılan «Düdelanj» — «Qarabağ» oyunu erməni təxribatı ilə əlaqədar pozulub. Matç 30-cu dəqiqədə müvəqqəti dayandırılıb. Buna dron vasitəsilə stadionun üzərində qondarma «Dağlıq Qarabağ Respublikası»nın bayrağının qaldırılması səbəb olub. «Qarabağ»ın azarkeşləri buna kəskin etirazlarını bildiriblər. Onlardan bir neçəsi Azərbaycan bayrağı ilə meydana daxil olmaq istəyib və təhlükəsizlik əməkdaşları ilə qısa gərginlik yaşanıb. Lüksemburqun idman naziri yaranmış vəziyyətə görə meydanda Azərbaycan tərəfdən üzr istəyib. Müvəqqəti fasilədən sonra oyun bərpa olunub. «Qarabağ» 4-1 hesabı ilə qalib gəlib.

Реклама

Təxribata görə yaranmış fasilə müddətində Lüksemburqun idman naziri insidentə görə Lüksemburq hökuməti adından “Qarabağ” komandasından və azarkeşlərdən üzr istəyib. “Qarabağ” klubunun nümayəndələri yaranmış vəziyyətlə əlaqədar narahatlıq və narazılıqlarını yerindəcə “Düdelanj” klubuna və UEFA təmsilçilərinə bildiriblər. AFFA rəhbərliyi təcili şəkildə UEFA ilə əlaqə saxlayaraq hadisə ilə bağlı narahatlığını ifadə edib. Bundan əlavə, AFFA artıq UEFA-ya şikayət məktubu ünvanlayaraq müvafiq qaydada ölçü götürülməsini tələb edib.
Futbol – qarşılıqlı ehtiram, idman ruhu və bərabərlikdir. Təəssüf ki, bəzi qüvvələr futbolu siyasi təxribatlar meydanı kimi görürlər. “Josy Barthel” stadionunda rastlaşdığımız hadisə, eyni zamanda, futbolçuların təhlükəsizliyini şübhə altına salır və ümid edirik ki, gələcəkdə bu cür halların baş verməməsi üçün müvafiq addımlar atılacaq. İnanırıq ki, UEFA araşdırma apararaq oyunun gedişində baş vermiş xoşagəlməz hadisə ilə bağlı müvafiq qərar qəbul edəcək.

“Düdelanj” Avropa Liqasının qrup mərhələsinin II turunda “Qarabağ”la matçda baş verən erməni təxribatına görə Ağdam klubundan üzr istəyib.
Klubun rəsmi “Twitter” hesabında üzrxahlıq edilərək bunlar yazılıb: 
“Azərbaycanlı qonaqlardan üzr istəyirik. Bizim bu təxribatla heç bir əlaqəmiz yoxdur. Araşdıracağıq”.

Təxribatı törədən şəxslərin sosial şəbəkədəki hesabları

AFFA-ın bəyanı


Больше на Masim💛vа

Subscribe to get the latest posts sent to your email.

Реклама