ASAN-Viza — AFR-in müvəqqəti pasportu ilə müraciət etmək
6. августа 2018 0 Автор Asif MasimovAlmaniyada yaşayan bir çox soydaşlarımız Azərbaycana gedərkən AFR-in verdiyi müvəqqəti passport əvəz edən səyahət sənədi ilə səyahət edirlər. Belə olan halda Azərbaycan Respublikasının ərazisinə daxil olmaq üçün vizanın rəsmiləşdirilməsi vacibdir. Əcnəbi vətəndaşlar üçün verilən pasport əvəz edən səyahət sənədilə Azərbaycana səyahət edərkən və ASAN-VİZA sistemi vasitəsilə müraciət edərkən nəyə diqqət yetirəcəyiniz haqqında məlumat vermək istərdim.
1. Evisa.gov.az saytına daxil olarkən sizin viza rəsmiləşdirilməsi
üçün iki seçiminiz var: «Standard e-viza» və «Təcili». İstənilən düyməyə basdıqda siz artıq növbətisəhifəyə keçid alırsınız.
2. İkinci səhifədə siz artıq pasportun verildiyi ölkəni və kateqoriyanı seçməlisiniz. Sizdə «boz» və ya «mavi» rənqdə AFR tərəfindən verilmiş əcnəbilər üçün pasport əvəzi səyahət sənədidirsə, siz «Səyahət sənədindəki ölkəni/reqionu seçin» qrafasında “Almaniya”, «Səyahət sənədinin növünü seçin» bölməsində isə «Vətəndaşlığı olmayan şəxs üçün» seçin.
3. Viza üçün müraciət etməmişdən öncə pasportun etibarlıq müddətinə diqqət yetirmək çox vacibdir. Belə ki, siz elektron viza üçün müraciət etdikdə pasportun etibarlıq müddəti viza bitdiyi gündən 6 ay olmalıdır. Misal: Sizin vizanız 01.01.2019-cu ildən 90 gün ərzində yalız 30 gün (01.01.2019-01.04.2019-cu il tarixlərində cəmi 30 gün) etibarlıdır. Viza üçün müraciət edərkən sizin pasportun etibarlıq müddəti ən azı 1 iyul 2019-cu ilədək etibarlı olmalıdır.
4. Rəsmiləşdirilmiş vizada səhv etdikdə narahat olmayın. Belə ki, https://evisa.gov.az/az/check-statust səhifəsinə daxil olub «Düzəliş et» düyməsinə basaraq problemi aradan qaldıra bilərsiniz. Düzəliş 3 saat ərzində icra olunacaq və sizə cavab veriləcək. Səhvi aradan qaldırmaq üçün siz eyni zamanda əlavə 5 ABŞ dollar xidmət haqqı ödəməlisiniz.
Son yazılar
Самые удивительные новогодние ёлки мира
ТОП-17 красивейших замков Европы
Рынки Брюсселя: лучшие места для вкусной еды в городе
Европейские рождественские ярмарки 2024: Путеводитель по самым сказочным событиям зимы
Топ-10 блюд уличной кухни в Брюсселе, которые вам обязательно нужно попробовать
Эмми Нётер — женщина, влюбленная в математику
Teilen mit / Поделитесь
- Нажмите, чтобы открыть на Facebook (Открывается в новом окне)
- Нажмите, чтобы поделиться в Telegram (Открывается в новом окне)
- Нажмите, чтобы поделиться в WhatsApp (Открывается в новом окне)
- Нажмите, чтобы поделиться на Twitter (Открывается в новом окне)
- Нажмите, чтобы поделиться на Reddit (Открывается в новом окне)
- Нажмите, чтобы поделиться записями на Pocket (Открывается в новом окне)
- Послать ссылку другу по электронной почте (Открывается в новом окне)
- Нажмите для печати (Открывается в новом окне)
- Ещё
Больше на Masim💛vа
Subscribe to get the latest posts sent to your email.