Berlindəki “ASN”-nin rəhbəri: Qarabağla bağlı nəşrlərimizi Avropada institutlarında yayılmasına nail olmuşuq
16. октября 2015 0 Автор Asif Masimov
Diaspora.az saytının yeni layihəsi olan “Vətənimiz Azərbaycan” rubrikasının növbəti qonağı Berlində diaspora fəaliyyəti ilə məşğul olan həmyerlimiz Asif Məsimovdur.
Salam Asif bəy.Ilk olaraq özünüz və Təşkilatınız haqqında geniş məlumat verərin, zəhmət olmasa?
Mən, Məsimov Asif, 1987-ci ildə İsmayıllı rayonunun İvanovka kəndində müəllim ailəsində anadan olmuşam. 2005-2009-cu illər Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər fakültəsində bakalavr, 2011-2014-cü illər Almaniyanın Georg-August Universitetində Siyasi Elmlər ixtisası üzrə magistratura təhsili almışam. 2014-cü ilin mart-iyul aylarında Almaniya Budestagında „Beynəlxalq Təqaüd Programı“ çərçivəsində təcrübə keçərkən Azərbaycan Tələbə Şəbəkəsi (ASN) ilə tanış olmuş və təşkilatın tədbirlərində fəal iştirak etməyə başlamışam. ASN-də əvvəllər könüllü kimi yaxından iştirak etmişəm və 2015-ci ilin iyun ayından başlayaraq təşkilatın Berlin ofisinə rəhbərlik edirəm.
Azərbaycan Tələbə Şəbəkəsi 2011-ci ildə Berlin şəhərində fəaliyyətə başlamışdır. 2013-cü ildə təşkilatın Pragada və 2015-ci ilin aprel ayında isə Romada nümayəndəliyi açılmışdır. Təşkilat fəaliyyətini təkcə ofislərin yerləşdiyi şəhərlərlə məhdudlaşdırmayaraq, Avropanın fərqli ölkələrində müxtəlif formada (konfranslar, elmi-mədəni tədbirlər, tələbələrlə görüşlər və s.) təmsil olunur.
Təşkilatımız Avropada təhsil alan azərbaycanlı gənclərlə əlaqələr yaradır, onları şəbəkəmiz vasitəsilə əlaqələndirir və vətənimizin təhsil aldıqları və ya işlədikləri müəssisələrdə layiqincə təmsil olunmasında onlara dəstək göstərir. Bununla yanaşı, ASN Avropa ölkələrindən olan tələbələrlə də ünsiyyət yaradaraq Azərbaycanla Avropa arasında elmi-mədəni bağları daha da gücləndirmək üçün çalışır.
ASN-nin fəaliyyəti müddətində icra etdiyi hansı elmi layihələri xüsusilə qeyd etmək olar?
Yarandığı vaxtdan etibarən elmi istiqamətdə fəaliyyət təşkilatımızın prioritetlərindən olmuşdur. ASN hər il elmi konfronslar, tələbələrin fikir mübadiləsi üçün yığıncaqlar, forumlar, tələbə mübadiləsi programları və digər oxşar layihələrin təşəbbüsçüsü olmuş və ya dəstəkçisi olmuşdur. Təşkilatımızbu cür layihələrdə təşəbbüs göstərməklə bərabər, tələbələrin təkliflərini də nəzərdən keçirir və uğurlu layihələrin icrasına müvafiq köməklik göstərir.
Bu layihələrdən biri, “Xərçəng tədqiqatlarında ilkin addımlar” adlı azərbaycanlı gənc həkim və bioloqların elmi tədqiqat mühitinə inteqrasiyasını təmin etmək və elmi tədqiqat işlərinin hissəvi maliyyələşməsi üçün Almaniya Azərbaycanlı Həkimlər Birliyi (VAND) tərəfindən başlanılan pilot layihədir.Bu proqram xərçəng tədqiqatları ilə məşğul olmaq istəyən azərbaycanlı gənclərə başlanğıc (start up) dəstək verir, programda iştirak edən gənclərə laboratoriyada praktiki biliklərə yiyələnmək, həyata keçirmək istədiyi elmi tədqiqat işlərinə uyğun eksperimentlər qoymaq və təcrübəli mütəxəssislərin köməyi ilə öz elmi tədqiqat planını hazırlamaq imkanı verilir.
Təşkilatımız eyni zamanda tələbələrimizə praktika keçə biləcək müəssisələrin və təqaüdlərin axtarışında vasitəçilik və yaxından köməklik edir. Məsələn, bizim üzvümüz Rəhman Gəhramanov Azərbaycan Tələbə Şəbəkəsinin və INDEX – Azərbaycanın İnsan Kapitalının İnkişafı Mərkəzinin dəstəyi ilə E.ON şirkətində iş təcrübəsi keçmişdir.
Təşkilatınız Azərbaycan mədəniyyətinin və dəyərlərinin Avropada təbliği məqsədilə hansı işlər görüb?
Təşkilatımız xalqımızın sosial-mədəni dəyərlərinin Avropa ölkələrində təbliği üçün 2 istiqamət müəyyən etmişdir.
Birinci, biz bu cür layihələrin təşəbbüsçüsü kimi çıxış edir və təşkilati işləri üzvlərimizlə birlikdə icra edirik. Bu cür tədbirlərimizə xüsusilə, keçən ilin mart ayının 22-də Berlinin məşhur tarixi məkanı olan Bramdenburqer Torun qarşısında “Novruz bayramı” adlı keçirdiyimiz bahar festivalını misal göstərmək istərdim. Tədbir ərzində milli Azərbaycan musiqisi ifa olunmuş və tələbələr milli geyimlərdə milli rəqslərimizi nümayiş etdirmişdi. Tədbirimiz Berlin sakinlərinin və çoxsaylı turistlərin diqqətini cəlb etmiş və onlar bizim üzvlərə qoşularaq rəqs etmiş, tədbirin keçirilmə məqsədləri, ölkəmizin mədəniyyəti ilə maraqlanmışlar. Bənzər tədbirlərimiz ildə bir neçə dəfə Almaniyanın fərqli şəhərlərində və eləcə də digər Avropa ölkələrində təşkil edilir.
İkincisi, təşkilatımız yerli təşkilatlar tərəfindən təşkil olunan mədəni layihələrə fəal şəkildə cəlb olunur və ölkəmizi yüksək səviyyədə təmsil etmək üçün çalışır. Belə tədbirlərə də çox misal çəkmək olar. Məsələn, keçən ilin iyun ayında Berlində təşkil olunan „Mədəniyyətlərin Karnavalı“ adlı küçə bayramında bizim ASN-nin iştirakını qeyd etmək istərdim. „Mədəniyyətlərin karnavalı“ bayramınln əsas məqsədi Almaniyada yaşayan fərqli xalqaların və dini qrupların Almaniyada inteqrasiya olunmasını təşviq etməkdir. Təşkilatımızın üzvləri bu tədbirdə milli geyimlərdə iştirak etmiş, milli rəqsimizdən nümunələr göstərmiş,seyircilərə Azərbaycan mətbəxindən şirniyyatlar təklif etmişdir.
Dağlıq Qarabağ konfliktində xalqımızın haqq səsinin daha çox insana çatdırılması üçün hansı layilələrlə çıxış etmişdir?
Dağlıq Qarabağ ölkəmizin ən böyük problemi kimi heç şübhəsiz ki bizim fəaliyyətimizdə də prioritet olaraq qalır. 2011-ci ildən, yəni yarandığı gündən etibarən, təşkilatımız bu sahədə çoxsaylı işlər görüb. Təkcə 2015-ci ildəASN Qarabağla bağlı 5 böyük və onlarla xırda tədbir təşkil edib, həm alman həm də ingilis dilində nəşrlərin tərtib olunması təşəbbüsünü göstərmiş, Dağlıq Qarabağla bağlı obyektiv məlumatların əks olunduğu kitabların və jurnalların Avropada elmi institutlarda yayılmasına nail olmuşdur.
Təbii olaraq, 20 Yanvar faciəsi və Xocalı Soyqırımı ilə bağlı tədbirlər təşkilatımız üçün ənənəyə çevrilib. Hər il olduğu kimi bu ildə biz 20 Yanvar faciəsinə həsr olunan tətbir keçirdik. Bu tətbir Berlinin Azad Evangel kilsəsində baş tutdu. Almaniyada təhsil alan Azərbaycanlı tələbələrin, iş adamlarının və xarici qonaqların iştirak etdiyi tədbirdə şəhidlərin xatirəsinə həsr olunmuş çıxışlar dinlənilidi. Bu il keçirdiyimiz başqa bir tədbir isə Çexiyanın paytaxtı Praqa şəhərinin Xocalı soyqırımına aid olmuşdur. Təşkilatımız INDEX – Azərbaycanın İnsan Kapitalının İnkişafı Mərkəzi ilə birlikdə Praqanın mərkəzi küçələrinin birindən videoməpinq təşkil etmiş, Xocalı faciəsinin görüntüləri ilə vizual formada nümayiş etdirmiş və Xocalıda həmyerlilərimizin çəkdiyi acıları Praqanın minlərlə sakinini və çoxsaylı turistləri tərəfindən izlənməsinə nail olmuşdur.
Bu və digər tədbirlərimiz haqqında ətraflı rəsmi vebsatımızda tanış ola bilərsiniz: azerbaijan-student.net
Azərbaycan Tələbə Şəbəkəsinin gələcək fəaliyyəti ilə bağlı hansı planlar nəzərdən keçirilir?
ASN gələcəkdə də indiyə qədərki prioritetlərinə sadiq qalacaqdır. Biz artıq 2016-cı il üçün fəaliyyət planı üzərində işləyirik. Hər il olduğu kimi gələn ildə də elmi və mədəni tədbirlər, Qarabağla bağlı görüşlərimiz və nəşrlərimiz olacaq. Bu məqsədlə ilk öncə daha çox tələbə ilə əlaqələr yaradacaq və onları tələbə şəbəkəmizə cəlb etməyə çalışacağıq. Birlikdə xalqımızın mədəniyyətinin, tarixinin və haqq səsinin daha çox insana çatdırılması üçün yorulmadan çalışmağa davam edəcəyik.
Teilen mit / Поделитесь
- Нажмите, чтобы открыть на Facebook (Открывается в новом окне)
- Нажмите, чтобы поделиться в Telegram (Открывается в новом окне)
- Нажмите, чтобы поделиться в WhatsApp (Открывается в новом окне)
- Нажмите, чтобы поделиться на Twitter (Открывается в новом окне)
- Нажмите, чтобы поделиться на Reddit (Открывается в новом окне)
- Нажмите, чтобы поделиться записями на Pocket (Открывается в новом окне)
- Послать ссылку другу по электронной почте (Открывается в новом окне)
- Нажмите для печати (Открывается в новом окне)
- Ещё
Больше на Masim💛vа
Subscribe to get the latest posts sent to your email.