“Hərbi And” qəzeti — Asif MƏSİMOV

By Asif Masimov Май 21, 2015
Print Friendly, PDF & Email

Azərbaycanın dünya birliyinə inteqrasiyasının ideya əsasını azərbaycançılıq təşkil edir. Məhz bu ideya ilə biz özümüzü dünyaya tanıdır, onu mütərəqqi dünya dəyərlərini özündə birləşdirən ideologiya kimi təbliğ edirik. Bu işdə ölkəmizdə kənarda yaşayan azərbaycanlıların rolu isə mühüm əhəmiyyət daşıyır. Bakı Dövlət Universitetinin beynəlxalq əlaqələr fakültəsinin məzunu Asif Məsimovla da bu mövzuda söhbətimizi davam etdirdik. Həmsöhbətimiz hal-hazırda Almaniyada yaşayır.

Реклама

Asif Məsimov 2008-ci ildə Bakı Dövlət Universitetinin Həmkərlar İttifaqının sayəsində Moskva Dövlət Universitetində təşkil olunan beynəlxalq konfransda iştirak edib. Elə həmin il DAAD-nin bir aylıq yay məktəbi üçün təqaüd qazanıb.

Universiteti bitirdikdən sonra 2009-cu ildə Azərbaycanın ordu sıralarına çağırılıb və vətənə olan borcunu verib.

2011-2014-cü ilə kimi Georg-August Universitetində Siyasi Elmlər üzrə magistratura pilləsində təhsil alıb. Göttingendə təhsil aldığı zaman bir sıra konfrans və beynəlxalq tədbirlərdə iştirak edib və nəticəsi kimi Qafqaz və Xəzər bölgəsi ilə bağlı iki məqaləsi işıq üzü görürüb.

2014 –cü ilin mart – iyul aylarında İPS (Beynəlxalq Parlament Təqaüdü) proqramı çərçivəsində Alman Bundestaqının deputatı Katrin Kunert (Die Linke – Sol Partiyası) bürosunda 5 aylıq iş təcrübəsi keçib. Proqram çərçivəsində Alman Bundestagının kitabxanasında elmi məqaləsi işıq üzü görüb. Sentyabır ayından Azərbaycan tələbə şəbəkəsinin layihələrində yaxından iştirak edib.

 

– Vətən sizin üçün nə deməkdir? 

  • Vətən mənim üçün hər şeydir, amma ilk növbədə, ondan enerji ala biləcəyim və onun üçün istənilən şəkildə mübarizə apara biləcəyim bir yerdir. Vətənə qarşı olan sevgini isə sözlə ifadə etmək çətindir, onu hiss etmək lazımdır.
  • Azərbaycanı Almaniyada tanıtmağın hansı çətinlikləri var. Ümumiyyətlə, Almaniyada Azərbaycanı necə tanıyırlar? Ölkəmizə münasibət necədir?
  • Əsas çətinlik düşünürəm ki, potensialı olan azərbaycanlı gənclərmizlə Almaniyada son 10-15 ildə düzgün iş prinsipinin qurulmaması idi. Bu gün isə bu işlərin peşəkarcasına aparılmasına çalışılır və bizə bu işlərin nəticə verməsini gözləmək qalır. Ümumiyyətlə, bu sahədə uğur qazanmaq üçün uzunmüddətli plan qurulmalı və bu istiqamətdə işlər görülməlidir. Çalışıb bir nöqtəyə vurmaq lazımdır, təkrar və təkrar. Düzdür, bu işləri Almaniyada fəaliyyət göstərən bir sıra Azərbaycan təşkilatları və qurumları öz üzərinə götürüb. Bizə bu işlərin görülməsində çoxlu istedalı azərbaycanlı gənclər lazımdır və əminliklə sizə deyə bilərəm ki, onlar da kifayət qədər müxtəlif sahələrdə, Almaniyanın həm elm-tədqiqat, həm də iş müəssisələrində var. Sadəcə gənclərə imkan vermək lazımdır ki, onlar özlərini sınasın, təcrübə toplasınlar. Sevindirici haldır ki, son zamanlar bu boşluqlar artıq doldurulur və yeni iş metodları ilə əvəz olunur ki, bunun da bəhrəsini biz yaxın gələcəkdə görəcəyik.

Almaniyada Azərbaycanın tanınması mövzusuna gəldikdə isə, tam səmimi etiraf edə bilərəm ki, Almaniyaya gəldiyim ilk günlə müqayisədə ötən bu 4 il zaman kəsiyində müsbətə doğru çox böyük fikir dəyişikliyi özünü büruzə verir. Sadəcə qısa misal olaraq deyə bilərəm ki, ilk gəldiyim vaxtlarda Azərbaycan dedikdə almanların fikirində Rusiyanın tərkibində olmuş kiçik respublikalardan biri canlanırdı.  “Avroviziya mahnı müsabiqəsi” və bu ərəfədə həyata keçirilən çox düzgün yönümlü ölkəmizin təbliğat və tanıtım siyasəti nəticəsində böyük fikir dəyişikliyi formalaşıb.  Bu gün  çox fərəhverici haldır ki, Azərbaycan dedikdə, almanlar artıq  dövlətimizi enerji yataqları ilə zəngin olan, müstəqil, inkişaf etmiş və beynəlxalq arenada öz sözünü deyən ölkə kimi tanıyırlar.

Реклама

Bununla yanaşı, Azərbaycanın Almaniyada keçirdiyi tətbirlərdə ölkələrimiz arasında münasibətlərin XIX əsrə gedib çıxmasını söylədikdə, almanların ölkəmizə olan marağı artır. Almanlar təəssüf hissi ilə bildirirlər ki, onlar bizim tarix və mədəniyyətimizlə istənilən səviyyədə tanış deyildilər. Düzdür, bir məqamı nəzərinizə çatdırım ki, Almaniyanın bölgəmiz üzrə araşdırma aparan akademik nüfuzun, əlaqəli siyasətçilərin və alman iş adamlarının ölkəmiz haqqında kifayət qədər məlumatı olsa da, kütləvi şəkildə hələ də məlumat qıtlığı vardır. Biz məhz çalışıb bu boşluqları aradan qaldırıb, öz mədəniyyət və tariximizi Almaniyanın bütün  nüfuz dairələrinə çatdırmalı və sevdirməliyik. Bu məqsədə çatmaq üçün, çalışmalıyıq ki, alman ictimayyətində söz sahibi olan nüfuzlu insanlarla tanış olaq və onları Azərbaycanın dostu və bu yolla da onları ölkəmizin Almaniyadakı “səfirləri” edək. Tam məntiqi olaraq bu “səfirlərin” Azərbaycan mədəniyyət və tarixinin tanınması, Qarabağ məsələsi kimi aktual problemin nəinki Alman mediasında, həm də Avropa miqyasında insanlara çatdırılmasında böyük rolu olacaqdır.

Bu siyasətin praktiki nəticələrinin sübutu olaraq bildirim ki, keçən il beynəlxalq Parlament təqaüdü proqramı çərçivəsində (İPS) Alman Bundestagında yarım illik fəaliyyətim zamanı deputatım Katrin Kunert (Solçular partiyası) və onun işçi heyəti ilə düzgün əlaqələrin qurulmasının bəhrəsi olaraq, onun ölkəmizə olan sevgi və marağı artmışdır. Məntiqi nəticə kimi onun keçən ilin iyun ayında Bakıda keçirilən ATƏT PA-ın 23-cü sessiyasında öz təşəbbüsü ilə iştirak etməsini və sonradan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə beynəlxalq hüquq normaları çərçivəsində həll olunması, Azərbaycan ərazi bütövlüyünün tezliklə bərpa olunması mövzusunun Alman Bundestgında gündəmə gətirilməsini  bir uğur kimi qiymətləndirirəm.

– Almaniyada yaşayan azərbaycanlılarda azərbaycançılıq ideyası necə formalaşıb? 

  • Mən deyərdim ki, burda yaşayan azərbaycanlılar öz mədəniyyət və tarixini böyük sevgi ilə yaşatmağa və öz övladlarına çatdırmağa çalışırlar. Bir misal deyim sizə: hər həftənin sonları Azərbaycan Tələbə Şəbəkəsinin təşəbbüsü ilə Berlin şəhərində Yavər müəllimin rəhbərliyi altında Azərbaycan milli rəqs kursları təşkil olunur. Bu kurslarda məlum oldu ki, Yavər müəllim və onu kimi azərbaycanlılar, o cümlədən türklər bu sahədə işlər görüblər və keçən əsrin 90-cı illərində “Qarabağ” musiqi qrupunu yaradıblar. Onlar təklif etdikləri kurslarda təmənnasız olaraq  xidmət göstəriblər. Əsas amal təbii ki, Qarabağı və Vətənimizi unutdurmamaq olub. Bunun kimi çoxlu nümunələr göstərmək olar.
  • Azərbaycançılıq ideyası ətrafında, etnik mənsubiyyətindən asılı olmayaraq, ölkəmizdəki bütün insanlar birləşib. Bəs respublikadan kənarda necə, azərbaycanlılar bu ideya ətrafında birləşə bilibmi?
  • Azərbaycanlılar dünyanın istənilən nöqtəsində bir-birini tez tapa bilir.  Mən təhsilimi Almaniyanın Göttingen şəhərində almışam və orda olarkən azərbaycanlı tələbələr və gənclər həftədə bir dəfə görüşərdirlər. Həmin tendensiyanı mən son bir il yaşadığım Berlində də müşahidə edirəm.

Bir məsələni də yaddan çıxarmaq lazım deyil ki, Cənubi Azərbaycandan (İrandan) gələn azərbaycanlılar da bu ideya ətrafında birləşiblər. Azərbaycan və İran arasında olan sərhəd artıq Almaniyada, o cümlədən istənilən başqa ölkədə itir və azərbaycanlıların möhkəm birləşməsinə şərait yaradır.

Mənə elə gəlir ki, azərbaycançılıq ideyası hamımızın beynimizdə, ruhumuzda olmalıdır, amma onu göstərməyə ehtiyac yoxdur. Yaxşı olardı ki, biz yaşadığımız ölkədə ictimaiyyətə inteqrasiya edərək və ölkənin tələblərinə uyğun hərəkət edərək işlərimizi bunun əsasında inkişaf etdirək.

Yaşadığımız ölkənin dilini, mədəniyyətini, qanununu və s. nə qədər yaxşı öyrənə bilsək, işlədiyimiz sahədə bir o qədər tez uğur qazanarıq. Öz sahəsində uğur qazanmış insana isə artıq çoxları qulaq asmağa hazırdı.

Bir vacib incə məqama da toxunmaq istərdim ki, Almaniyada multikulturalizm siyasətinə üstünlük verilir və milliyyətçiliyə mənfi yanaşılır. Əgər Almaniyada multikultiralizm təbliğ olunursa, biz  Azərbaycanın bu sahədəki təcrübəsini almanlarla bölüşməliyik və bu yolla alman ictimayyətinin ölkəmizə marağını artırmalıyıq. Şəxsi təcrübəmdən deyə bilərəm ki, doğulub boya-başa çatdığım və təhsil aldığım İsmayıllı rayon İvanovka kəndini, oranın yerli idarə etmə sistemini, Azərbaycan dövlətinin onlara olan qayğısını və azadlıqlarının hər baxımından təmin olunmasını deyəndə artıq almanlar özləri etiraf edir ki, bu multukulturalizm siyasəti sahəsində Azərbaycan Almaniya üçün gözəl tərəfdaş ola bilər.

  • Azərbaycançılıq ideyasının təbliği istiqamətində hansı mühüm işləri görürsünüz?
  • Mən son 1 il ərzində həm fərdi olaraq, həm də Azərbaycan Tələbə Şəbəkəsinin tərkibində layihələrin, dövlət əhəmiyyətli tədbirlərin təşkil olunmasında yaxında iştirak etmişəm. Həm ideya müəllifi, həm də təşkilatçısı olduğum tətbirlər, o cümlədən Almaniyadakı Azərbaycan tələbə şəbəkəsinin təşkil etdiyi tədbirlər də tam məsuliyyətlə deyə bilərəm ki, Almaniya ictimayyətinə uyğun formada hazırlanmışdır və əksəriyyəti uğur qazanmışdır.

Bundan başqa həm fərdi, həm də təşkilatın nümayəndə heyəti ilə başqa təşkilatlarla və qurumlarla sıx əlaqə yaradırıq, qarşılıqlı tədbirlərdə iştirak edirik. Bu sahədə uğur qazanmaq üçün yuxarıda qeyd etdiyim kimi fərdi yanaşma və yeni insanlarla əlaqə qurulması vacib aspektlərdəndir. Bu sahədə mənim ilk təşəbbüslərimdən biri bir qrup azərbaycanlı həmkarlarımla birlikdə Berlin Yahudi tələbələr təşkilatı ilə əlaqə quraraq, onlara əməkdaşlığımızı göstərə bilməyimdir.

Bir daha vurğulayıram ki, ictimai işlər çox görülməli, tez-tez görüşlər təşkil olunmalı, alman ictimayyətini maraqlandıran suallar cavablandırılmalı, fikir mübadiləsindən çəkinməməli, tənqidlərə və iradlara hazır olmalı və hətta yeri gəldikdə nəticə çıxarmağı bacarmalıyıq.

  • Diaspor qurumları ilə əlaqələriniz hansı formadadır? 
  • Almaniyada diaspor qurumları və başqa təşkilatlarımız bir-biri ilə sıx əməkdaşlıq edir. Müəyyən hallarda qarşılıqlı məsləhət alırlar və bəzən mühüm məsələlərdə birlikdə qərar verirlər. Mən bunu təqdirəlayiq hal kimi qiymətləndirirəm.

Diaspor qurumları ilə şəxsi əlaqələrə gəldikdə isə, deyə bilərəm ki, Almaniyada diaspor qurumları, təşkilatları və səfirlik nümayəndələrinin yuxarıda qeyd etdiyim qarşılıqlı əməkdaşlıq prinsiplərini hər bir Azərbaycan vətəndaşına da şamil etmək olar, o cümlədən mənə də. Bu yerdə Almaniyada yaşayan azərbaycanlıların Koordinasiya Mərkəzinin və səfirlik əməkdaşlarının verdiyi dəstəyi vurğulamaq olar.

Berlində təşkil etdiyimiz bir sıra tədbirlərin maddi və texniki dəstəyini müraciətimizə əsasən Azərbaycanın Almaniyadakı səfirliyi öz üzərinə götürməsi artıq diaspor qurumları ilə kifayyət qədər iş birliyində əlaqəli olmağımızın sübutudur.

  • Ölkəmizin təbliğ olunmasında bu əlaqələr yetərincə qurulubmu?

Çoxlu işlər görülüb, amma onların hamısını müsbət qiymətləndirmək olmaz. Çalışmaq lazımdır Almaniya ictimayyətinə uyğun iş görülsün. Rusiyada, Türkiyədə, Fransada və digər ölkələrdə fərqli iş metodları ola bilər. Türkiyədə və yaxud Rusiyada aparılan diaspor siyasəti Almaniyada uğurlu olmayacaq. Biz də burada yaşayan azərbaycanlılarla bu haqda tez-tez danışırıq və bu məsələlərin üzərində işləyirik. Yenə təkrar edəcəm, bu növ işlər son 5 ildə başlanılıb. Hələ bu istiqamətdə işlər görülməlidir, nəticəni isə zaman göstərər.

Mikayıl HƏSƏNLİ

Mənbə: herbiand.az

Реклама

Оставить комментарий