24 dekabr 2019-cu il tarixində Berlin şəhərində Almaniya Azərbaycanlıların Alyansı təşkilatının (Azərbaycan Evi) ofisi açılıb. Tədbirdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycan Respublikasındakı Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasında fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov, Almaniya Azərbaycanlıların Alyansının sədri Yaşar Musayev və ictimai fəallar iştirak ediblər. Yeni açılmış ofis Müllerstrasse 66 13349 Berlin ünvanında yerləşir.
Komitə sədri Fuad Muradov çıxış edərək 24 dekabr tarixinin ölkəmiz üçün əlamətdar bir gün – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doğum günü olduğunu qeyd edib. O, ölkəmizdə və beynəlxalq arenada böyük nüfuza malik dövlət başçısını bu münasibətlə təbrik edib, onun rəhbərliyi altında son illər ölkəmizin əldə etdiyi sanballı uğurlardan danışıb.
Daha sonra Azərbaycanın Almaniyadakı Fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov, Almaniya Azərbaycanlıları Alyansının sədri Yaşar Musayev və digər şəxslər öz çıxışlarında ölkə başçısı İlham Əliyevi doğum günü münasibətilə təbrik ediblər, Azərbaycanın sülh və sabitlik məkanı olduğunu vurğulayıblar. Belə bir əlamətdar gündə xarici ölkədə Azərbaycan evinin açılmasını “xaricdə yaşayan soydaşlarımıza yüksək diqqət və qayğının nümunəsi” adlandırıblar.
Tədbir Azərbaycan muğamlarından ibarət konsert proqramı ilə davam edib.













Teilen mit / Поделитесь
- Klick, um auf Facebook zu teilen (Wird in neuem Fenster geöffnet)
- Klick, um über Twitter zu teilen (Wird in neuem Fenster geöffnet)
- Klicken, um auf Telegram zu teilen (Wird in neuem Fenster geöffnet)
- Klicken, um auf WhatsApp zu teilen (Wird in neuem Fenster geöffnet)
- Klick, um auf LinkedIn zu teilen (Wird in neuem Fenster geöffnet)
- Klick, um auf Pocket zu teilen (Wird in neuem Fenster geöffnet)
- Klick, um auf Reddit zu teilen (Wird in neuem Fenster geöffnet)
- Klicken zum Ausdrucken (Wird in neuem Fenster geöffnet)
Ähnliche Beiträge / Похожие записи:
- Elektroskuterlərin Berlin şəhərində istifadəsi
- Azərbaycan Beynəlxalq Yaşıl Həftə sərgisində - Berlin
- Berlin Humboldt Universitetinin Azərbaycan tarixi kafedrası
- Azərbaycan almanları: Helenendorf bu gün (Göygöl)
- Annenfeldli sənədli film - Azərbaycan almanları
- Almaniyada fəaliyyət göstərən azərbaycan və erməni…
- Azərbaycan deyəndə
- Azərbaycan deyəndə - İnformasiya müharibəsi (Asif…
- Berlində Azərbaycan dili kursları
- Berlində Azərbaycan milli rəqsi - Ritm rəqs mətkəbi
Du musst angemeldet sein, um kommentieren zu können.