Almandilli Google axtarış sistemində bizim nöqsanlarımız

By Asif Masimov Янв 15, 2020
Print Friendly, PDF & Email

Avropada yaşayan soydaşlarımız çox vaxtı gileylənirlər ki, bizim Qarabağ münaqişəsini, eləcə də Xocalı faciəsini avropalılar tanımırlar və ya təhrif edilmiş məlumat verirlər. Bu problemin obyektiv və subyektiv səbəbləri var. Bu yazımda çalışacam bir neçə misalda Azərbaycan həqiqətlərinin almandilli Google axtarış sistemində hansı şəkildə təmsil olduğunu diqqətinizə çatdırım. 

Реклама

Gələn həftə “Qanlı Yanvar” faciəsinin 30-cu ildönümüdür. Google axtarış sistemində alman dilində “Qanlı Yanvar” adətən „Schwarzer Januar“ və ya “Schwarzer Januar von Baku“ açar sözləri ilə axtarılır. Kompyuterdən axtarış etdikdə (telefonla nəticələr bir balaca fərqlənir) ilk beşlikdə Vikiepediya, mənim şəxsi bloqum və 2017-ci ildə Samir Həsənovla birgə yaratdığımız Alumniportal Aserbaidschan saytının məqalələri çıxır. Əslində 2015-ci ildə Google axtarış sisyemində həmin kəlmələri yazdıqda ermənilərin təhrif edilmiş məlumatları ilk onluqda yer alırdı.

Buna baxmayaraq biz unutmamalıyıq ki, düşməndə bu istiqamətdə işləyir və onların 20 yanvarla bağlı başqa məlumatları var və onlar həmim məlumatı adətən “Pogrom  in Baku” başlığı altında paylaşır. Google axtarış sistemində “Pogrom in Baku” yazdıqda belə şəkilə rast gəlmək olur:

Belə təəsürat yaranır ki, sanki dünyanın bütün poqromları ermənilərə qarşı baş tutmuş və “Poqrom” kəlməsi sırf ermənilərə aiddir. Bu il Alumniportal Aserbaidschan saytında  Alexija Kraft adlı tələbə 20 Yanvar hadisələri ilə bağlı bir məqalə hazırladı. Məqalənin başlığını “Pogrom in Baku: letzte Welle der AsSSR“ qoyduq. Eyni yazının şəxsi bloqumdada paylaşdım və artıq google-un top 10 məqalələrinin sərasındadır. Gələcəkdə bu adla 1-2 yazıda hazırlasaq artıq yuxarıdakı şəkildə qeyd olunan nəticəni dəyişmiş olacayıq.

İndi isə istərdim keçəm Vikipediyada bizim boşluqlarımıza:

  1. Vikiepdiyada bir çox faciələr, o cümlədən qətliamlar öz əksini tapmayıb

Birinci rəsim “Porgom in Baku” məqaləsindən götürülüb və yazının sonunda şəkildə qeyd olunan mövzular oxumağa tövsiyə olunur (https://de.wikipedia.org/wiki/Pogrom_in_Baku)

İkinci şəkildə bizim Qanlı Yanvar faciəsi məqaləsinin sonunda yenədə ermənilərin hazırladığı məqalə oxumağa tövsiyə olunur: (https://de.wikipedia.org/wiki/Schwarzer_Januar)

Əslində fikirləşdim ki, Vikipediyanın „Schwarzer Januar““Massaker von Chodschali” məqalələrində eynisini edərək məqalələrin sonunda Azərbaycanlılara qarşı 1905-1906-cı illər, 1918-ci, 1947-ci, 1988-ci və 1992-ci illərdə Ağdaban faciəsi haqqında tövsiyə linklərini atım. Lakin yuxarıda qeyd olunan mövzuda məqalələri axtardıqca aşağıdakı problemlərlə rastlaşdım:

Xocalı faciəsi və Vikipediya

Almandilli vikipediyada bir çox qətliam və soyqırım mövzularında bir qayda olaraq oturuşmuş bir fikir paylaşılır. «Massaker von Chodschali» məqaləsində isə iki versiyaya rast gəlmək olur: 1-ci Hadisələrin azərbaycanlıların dediyi kimi və 2-ci ermənilərin dediyi kimi. Belə çıxır ki, başqa məsələdə qətliamı törədən tərəfin mövqeyi maraqlı deyil, Xocalı faciəsində isə ermənilərə şərait yaradıllar ki, onlar təhrif edilmiş məlumatı paylaşsınlar. 

Реклама

Xocalı facisəi alman dilli Googel axtarış sistemində

Beş il öncə Google-da “Massaker von Choschali”, “Chodschali Massaker” yazdıqda çox gözəl yadımdadır ki, ilk onluqda iki alman dilli erməni saytının məqalələri çıxırdı. Son üç ildə bu istiqamətdə bir balaca irəlləyişimiz var. Belə ki, yuxarıda qeyd olunan açar sözlərini yazdıqda ilk beşlikdə mənim şəxsi bloqumda paylaşılan yazı, eləcədə Alumniportalın Youtube kanalında paylaşılan videosu yer alır. Eyni zamanda Alumniportal Aserbaidschan-ın başqa yazısı ilk 10-da yer alıb.  Ermənilərin qeyd etdiyim saytları isə düşüb google-ın ikinci onluğuna.

Nəticə

  1. Bizim yuxarıda yazdığım istiqamətdə əsas prioritetimiz 1947-ci – 1953-cü illərdə aparılan deportasiya və 1988-ci ildə Ermənistanda azərbaycanlılara qarşı törədilən poqromlar olmalıdır. Xocalı və 20 yanvar hadisələrini az çox tanıyırlar, lakin o hadisələrdən öncə hansı hadisələrin baş verdiyini heç azərbaycanlılar belə yaxşı məlumatlı deyil. Yuxarıda qeyd olunan mövzular elmi səviyyətdə alman dilində araşdırılmalı və məqalələr dərc olunmalıdır. Elmi qaynaqlar olduqdan sonra biz vikiepediya və başqa onlayn platformalarda bunun haqqında yaza bilərik.
  2. Mən bu sözü demişəm, yenədə təkrarlayıram: Xocalı və istənilən problemli məsələləri alman ictimaətinə çatdırılması üçün mitinq və yığıncaqlardan öncə araşdırmalar aparılmalı və çoxlu sayda yazılar hazırlanmalıdır. 20 yanvarla bağlı mitinq təşkil etdikdən sonra ola bilsin ki, yolla keçənin 10 % gedib mövzu ilə maraqlansın. İnternet istifadəçisi açır telefonunu və axtarış sistemində yazır: “Schwarzer Januar“, “Aserbaidschaner Massaker”. Rastına çıxır vikiepdiyə və başqa alamndilli portalların yazısı. Və sizində artıq xəbəriniz olduğu kimi, həmin məqalələrin əksəriyyəti neytral hazırlanmayıb. Belə olan halda yolla keçən şəxs düşünür ki, biz meydanda toplaşaraq “yazıq ermənilərə” qarşı propaqdanda ilə məşğuluq.

Almanların bir atalar sözü var: „Wer schreibt, der bleibt“. (Yazan qalır) 

Реклама

By Asif Masimov

Дорогие читатели, мой блог в основном о жизни в Германии. Я очень рассчитываю на то, что информация в моем блоге помогает вам. Решили поблагодарить меня и помочь в развитии моего блога? Подписывайтесь на меня в соц. сети. Делитесь ссылками с теми, для кого представленная в блоге информация может быть полезной, комментируйте и ставьте лайки :).

Оставить комментарий