Azərbaycan deyəndə

16. января 2020 0 Автор Asif Masimov

«Azərbaycan deyəndə» adlı yeni veriliş dünyanın müxtəlif ölkələrində yaşayan fəal azərbaycanlıları tamaşaçılara tanıdacaq, Azərbaycanın təbliğinə xidmət edəcək.
Dünən — Dünya Azərbaycanlılarının Həmrəylik Günündə efirə gedən verilişin ilk buraxılışında Almaniya və Latviyada yaşayan soydaşlarımızdan bəhs olunub.

Telejurnalist, aparıcı Ülfət Rəhimovanın təqdimatında yayımlanan verilişin çəkilişləri studiya formatında yox, səyyar formatda və fərqli məkanlarda aparılır. 
Layihəni Azərbaycan Televiziyası Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin tərəfdaşlığı ilə həyata keçirir.